Menu
Geri İrəli

Sumqayıt gəncləri QİÇS-ə qarşı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2010 • Baxış sayı: 372 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Azərbycan Qızıl Aypara Cəmiyyətinin şəhər Bölməsilə birgə 08 dekabr 2010-cu il tarixində 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Gənclər QİÇS əleyhinədir!” devizi altında yürüş-mitinq və dəyirmi masa təşkil etmişdir.
Şəhərin Heydər Əliyev prospektində yerləşən Qızıl Aypara Cəmiyyətinin Bölməsinin qərargahının qarşısından start götürmüş, gənclər və idman təşkilatlarının qurumlarının nümayəndələrinin iştirakı ilə davam etmiş yürüş-mitinq Nəsimi adına mədəniyyət və istirahət parkındakı “Göyərçin” abidənin önündə başa çatmışdır. Yürüş-mitinq şəhər ictimaiyyəti tərəfindən diqqətlə və hərarətlə qarşılanmışdır.Sonra “Xəzər” Səhmdar Cəmiyyətinin konfrans zalında orta, orta ixtisas və ali məktəblərində təhsil alan gənclərin, müxtəlif gənclər və idman qurumlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masa keçirilmişdir. Disputda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin sədri Mətanət Məhərrəmova tədbirin mahiyyəti haqqında məlumat vermişdir. Disputda çıxış edən Baş İdarənin rəisi Musa Həsənov QİÇS-in fəsadlarından, gənclərin zərərli vərdişlərdən yayınması ilə şəhərdə sistemli şəkildə həyata keçirilmiş tədbirlərdən danışmışdır. O, çıxışında Sumqayıtda 11 000 nəfərə yaxın gəncin idmanla məşğul olduğunu, gənclərin sağlam həyat tərzi sürməsində gənclər və idman siyasətinin önəmini xüsusi vurğulamışdır.Disputda çıxış edən Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin rəhbəri Mətanət Məhərrəmova, Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Şaban Şayev, Səhiyyə Şöbəsinin müalicə inspektoru, Gənc Təbiblər Şurasının sədri Səkinə Sadıxova QİÇS haqqında təmsil etdikləri təşkilatlar tərəfindən görülmüş işlər barədə məlumat vermişdir. Dəyirmi masa geniş müzakirə şəklində davam etmişdir. Tədbir iştirakçıları stendlə tanış olmuş, onlara buklet və broşurlar təqdim edilmişdir. İsmayıl Kərimov

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt gəncləri QİÇS-ə qarşı” yazısına bir cavab

  1. Lale deyir:

    Mene ele gelir ki il erzinde yalnizca 1 defe disbut etmekle olmaz tez-tez bele tedbirlerin teshkil edilmesi genclerinde maariflendirilmesine komek eder ve melumatlandirar ve bu tedbirin teshkiline gore Musa bey ve Metanet xanima tesekkur edirik

Şərhinizi yazın