Menu
Geri İrəli

Sumqayıt hadisələri barədə yeni sayt istifadəyə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2011 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı keçirilib. Modern.az xəbər verir ki, təqdimatda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov, baş prokurorun müavini Rüstəm Usubov, Milli Məclisin deputatı Musa Qasımlı çıxış ediblər.

Saytda əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilib, həmçinin Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlər, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı faktlarına da xüsusi yer ayrılıb.

Tədbirdə çıxış edən dövlət rəsmiləri bildirdilər ki, bu saytın əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın