Menu
Geri İrəli

“Sumqayıt hadisələri” ilə bağlı kitab “amazon.com” saytında satışa çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2012 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

Tanınmış vəkil Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” (SUMGAYIT: An Armenia Agitator And The Beginning of the Collapse Of The USSR) kitabı dünyanın ən böyük online kitab satışı şəbəkəsi olan amazon.com saytında satışa çıxardılıb. 

Qeyd edək ki, kitab Azərbaycan, rus, ingilis və türk dillərində çap olunub.

Kitabda 1988-ci il 27-28 fevral tarixində Sumqayıtda baş vermiş hadisələrdən bəhs edir. Aslan İsmayılov Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror prokuror olub və sonralar Sumqayıt hadisələri barədə gördükləri-eşitdiklərini qələmə alıb.

Kitab cinayət işi, arxiv materialları və iştirakçısı olduğum hadisələr əsasında yazılıb. Kitabda SSRİ rəhbərlərinin və erməni millətçilərinin tutduğu mövqe əksini tapıb.

Xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində  iğtişaşlar baş verib. Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi olub. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs isə erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olmuşdur.

Fidan Məmmədova, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın