Menu
Geri İrəli

Sumqayıt məktəbləri ölkə üzrə ilk beşliyə düşdü – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

Qəzetimizin ötən sayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 20122013-cü il tələbə qəbulunun nəticələrinə dair elmi-statistik təhlilini təqdim etmişdik. Təhlil zamanı abituriyentlərin topladıqları ballar barədə məlumat vermişdik. Eyni zamanda, fənlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi aparılıb.
Məlum olub ki, ümumi təhsil müəssisələrində nisbətən obyektiv qiymətləndirmə ana dili, riyaziyyat və biologiya fənləri üzrə olur.
Elmi-statistik təhlilə görə, Azərbaycan bölməsində iştirak edən 87 min 668 abituriyentin 38,5 mini 0-100 bal toplayıb:
0 bal toplayan- 532 nəfər
0-20- 6233 nəfər
20-40-  9741 nəfər
60-80 – 7130 nəfər
80-100  bal – 5922 nəfər
Bu o deməkdir ki, repititor yanına hazırlığa gedən 38 min 500 abituriyent tədris proqramını tamamilə mənimsəməyib.
Bundan əlavə, iki ildir ki, TQDK test tapşırıqlarından əlavə, 5 açıq tipli məntiqi suallardan da istifadə edir. Bu suallara cabavlandırmanın nəticələri isə çox acınacaqlıdır. Məsələn, 2012-ci ilin nəticələrinə görə, abituriyentlərin 23,4 faizi 1-nə, 22,6 faizi 2-nə, 18,6 faizi 3-nə, 13 faizi 4-nə, 18 faizi 5-nə cavab verib. 14,3 nəfə isə açıq tipli test tapşırıqlarının heç birinə cavab verə bilməyib.

Texniki fənlərədən sıfır bal toplayanlar daha çoxdur

Elmi-statistik təhlilə göstərilir ki, ana dili, ədəbiyyat, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Sıfır bal toplayanlara ən çox fizika, kimya, biologiya, riyaziyat, ingilis dili fənləri üzrə təsadüf olunur. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də həmin fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir. İstənilən halda bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir.
Məsələn, ötən il Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və fizika, II qrupda riyaziyyat və coğrafiya, III qrupda riyaziyyat, IV qrupda fizika və kimya fənlərindəndir. Rus bölməsində isə ən aşağı nəticə I qrupda riyaziyyat və fizika, II qrupda coğrafiya, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub.
Son altı ilin qəbul imtahanlarında abituriyentlərin test tapşırıqlarına verdikləri düzgün cavabların müqayisəli təhlili göstərir ki, «Azərbaycan tarixi» fənni üzrə imtahan nəticələrində əhəmiyyətli irəliləyiş  mövcuddur. Gənc nəslin Azərbaycan tarixini öyrənməyə belə səy göstərməsi və bu məsələyə ciddi yanaşması, əlbəttə, təqdirəlayiq haldır.  Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsinin abituriyentlərinin riyaziyyat, fizika və
ədəbiyyat fənləri üzrə imtahanı nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən abituriyentlər, əsasən, test tapşırıqlarının 24-33 faizinə düzgün cavab verib, 30-50 faizinə isə cavab verməkdən imtina edirlər. 2011-ci illə müqayisədə isə ən böyük
fərq coğrafiya fənni üzrə olub. Belə ki, bu il coğrafiya fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 41.64 faizdən 31.21 faizə qədər aşağı düşüb.

Abituriyentlər məktəb proqramının 75 faizini mənimsəyir

TQDK-nın mütəxəssislərinə görə,  məktəb proqramlarının zəif mənimsənilməsinin başlıca səbəbi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasıdır. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, məzunlar məktəb proqramının 47-75 faizini mənimsəmir. TQDK-nın ekspertlərinin rəyində bildirilir ki, bu, ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Türk liseyləri yenə liderdir

İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il türk liseyləri, Təhsil Nazirliyinə tabeli və özəl liseylər istisna olmaqla, Azərbaycan bölməsində Qəbələ rayonu, rus bölməsində isə Gəncə şəhəri ən yüksək nəticə göstərib.
Yüksək nəticə göstərən təhsil şöbələri və liseylərin ilk 15-liynə  nəzər yetirək:
1.    Türk liseyləri
2.    TN-nə tabel olan liseylər
3.    Qəbələ rayonu
4.    Qax rayonu
5.    Sumqayıt şəhəri
6.    Salyan
7.    İsmayıllı
8.    Mingəçevir
9.    Bakı şəhər
10.Naxçıvan MR
11. Neftçala
12. Göyçay
13. Şəki
14. Şirvan
15. Bərdə rayonu
Yeri gəlmişkən, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4621 abituriyent 500-dən, o cümlədən 1226
abituriyent 600-dən yuxarı bal toplayıb. Yüksək ballılar respublikanın 72 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Bakı,

40 minə yaxın abituriyent 0-100 bal toplayıb
Türk liseyləri Azərbaycan təhsil sisteminin bərbad vəziyyətdə olduğunu daha aydın göstərir
Orta məktəblərdə texniki fənlərə əhəmiyyət verilmir-imtahanların nəticəsi bunu təsdiqləyir

Mingəçevir, Şirvan, Sumqayıt və Naxçıvan şəhərlərinin, Qəbələ, Bərdə, Ağdaş, İsmayıllı, Neftçala, Qax, Ordubad, Şahbuz, Şərur və Xızı rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 5-7-si imtahanlarda 500-dən yuxarı bal toplayıb. Beləliklə, balların faizi daha çox olan təhsil müəssisələri  aşağıdakılardır: (2012-ci ilin məzunları)
1.    Bakı şəhəri Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi)
2.    Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi

3.    Sumqayıt şəhəri Təbiət elimləri təmayüllü gimnaziyası
4.    Naxçıvan şəhəri Naxçıvan türk liseyi
5.    Müasir Təhsil Kompleksi
6.    Quba rayonu Özəl türik liseyi
7.    Şirvan rayonu özəl türk liseyi
8.    Akademik Z.Əliyeva adına orta məktəb
9.    Bakı Türk Anadolu liseyi
10.Bakı şəhər «Elitar» gimnaziyası
Son illər ən yüksək nəticəni Sumqayıt şəhər texniki və təbiət elmləri üzrə lisey göstərib. 2012-ci ildə bu liseyin 50 məzunundan 42-si 500-dən, 19-u isə 600-dən yuxarı bal toplyıb. “Bizim Yol”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın