Menu
Geri İrəli

Sumqayıt Polis İdarəsinin bölmələrində aşkarlanan nöqsanlarla bağlı DİN-ə müraciət olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur
Share Button

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə, həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinin saxlama yerinə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.
Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunan şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adı çəkilən saxlama yerləri standartlara cavab versə də, Sumqayıt Polis İdarəsinin 1-ci və 3-cü polis bölmələrində sənədləşmədə aşkarlanan nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.
Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

qoraddel

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın