Menu
Geri İrəli

Şumqayıt Şəhər Bələdiyyəsi və Polis idarəsi azad mətbuatı sıxışdırır- ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2009 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
Share Button

Səs İnformasiya Agentliyinin Sumqayıt şəhər üzrə bölgə müxbiri Sumqayıt şəhərində informasiya ədə etməklə bağlı araşdırma aparıb. Bu yazının aktuallığını nəzərə alıb diqqətinizə çatdırırıq.

Polis: “Mən jurnalist-zad tanımıram, kimə istəyirsən get de”

Azərbaycanda söz azadlığı var, informasiya almaq azadlığı var və bu azadlıqları qoruyan kifayət qədər qanunlar da qəbul edilib. Amma nədənsə bu qanunlara heç də həmişə əməl olunmur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 60 illik yubileyinə hazırlaşan Sumqayıtda şəhər İcra hakimiyyətindən, Gənclər və İdman İdarəsindən, Təhsil şöbəsindən istənilən suala cavab almaq mümkündür. Təəssüf ki, digər idarə və təşkilatlar haqqında bu cür danışmaq mümkün deyil. Qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Sumqayıt şəhər Bələdiyyəsinin binasında isə informasiya verməyə məsul bir şəxs tapmaq mümkün deyil. Bələdiyyənin telefonları da işləmir, yerləşdiyi ərazidə isə kimdənsə soruşmasan bilməzsən ki, bura Prezidentin 60 illik yubileyinin keçirilməsi üçün sərəncam imzaladığı, “Gənclik şəhəri” dediyimiz Sumqayıtın Bələdiyyə binasıdır. Girişində heç bir məlumatlandırıcı lövhə vurulmayan binada hətta katibənin də, sədrin müşavirinin də qəbuluna düşmək olmaz. Bunun üçün “mən jurnalist-zad tanımıram, kimə istəyirsən get de” söyləyən Faiq adlı polis çavuşu icazəsini alana qədər pilləkənlərin üstündə dayanıb gözləmək lazımdır. Yəni mədəni formada oturub səni dinləyən birinin tapılacağını gözləməyə dar bir otaq da defisitdir. Elə Polis idarəsində də informasiya almaq müşkül məsələdir. Akkreditasiyadan keçsən də xeyri yoxdur, növbətçi hissədən bildirirlər ki, “Biz informasiyanı başqa agentliyə veririk”. Halbuki qanunda belə bir müddəa yoxdur. Sumqayıtın əksər idarələrində analoji vəziyyət hökm sürür. İnformasiya toplamaq istəyirsənsə gərək kəşfiyyatçı məharətin ola, əks halda informasiyanın qapıları üzünə bağlı olacaq və pilləkən başında gözləyəcəksən.

http://sia.az/view.php?lang=az&menu=83&id=25764

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın