Menu
Geri İrəli

Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova töhmət verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2010 • Baxış sayı: 2,843 dəfə • 2 şərh

prokuroluq_010509sumqayitxeber.com saytı Trend Agentliyinə istinadən məlumat verir ki, Baş prokuror Sumqayıt Şəhər Prokurorluğunun rəhbərliyini cəzalandırıb

Prokurorluq orqanlarındakı etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, baş prokurorun 18 iyun tarixli əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə, Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova töhmət, onun müavini Kamran Mahmudova isə şiddətli töhmət verilib.

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib.

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər prokuroru Dağlar Zeynalova töhmət verildi” yazısına 2 cavab

  1. Abdullayeva Elnare deyir:

    Goren Ucar polislerinin QANUNSUZ islerini, insanlari aldadilarq insan alveri edenleri goren varmi. BunA BIR SON QOYAN OLACAQMI. Ucar polisleri kunahsiz insanlara isgence vererek cinayeti mecbur onlarin boynuna qoyurlar. Yeqinki yuxarida onlarin arxasi varki, ona arxalanaraq insanlari serliyerek it kimi tuturlar. Bu xalqin bir sebr kasasi var. ONU TUKEDMEYIN. aBDULLAYEV eHMED MENIM HEYAT YOLDASIMDI. qARABAQ VETRANIDI, 4 IL 6 AY DOYUSMUS,KOMANDIRLERI TEREFINDEN FEXRI FERMANLA TELTI OLUNMUSDUR. Ucar polislerinin nsan ovuna cixmasinin qurbani olub. Is adinan Genceden fehle bazarinan APARIB onu narkotik saticisi kimi tutublar Ucar polisleri[qurdlar vadisi]onudoyerek, isgence vererek elmediyi bir isi onun boynuna qoyublar. Menim yuxari orqanlara, 102 ye zeng elediyime gore menim unvanima aqir tehqirler, narkotik atdirib senide erinin yanina gondererik. BUDUMU AZAD OLKE BU OLKEDE HAQQINI TELEB ELIYENLERI ICERI TURMEYE ATIRLAR. aZERBAYCANDA QANUN YOXDU QANUN OLSA QANUNSUZLUQ BAS GOTURUB GETMEZ.

  2. İsgəndərov Natiq Mayıl deyir:

    Hörmətli oxucular.Bəzən dezinformasialar verilir ,şəxsləri gözdən,rəiyyətin nifrətini qazandırmağa çalışırlar.Onuda qeyd edimki Sumqayıt şəh prokuroru Dağlar Zeynalov dövlətə dövlətçiliyə böyük töhvələr vermiş,Azərbaycan Respublikası vətəndaşıdı.Zeynalov cənablarına gələcəkdə də uğurlar arzulayırıq dövlətimizin xalqımızın nifahının keşiyində durması üçün uzun ömür can salığı arzu edirik.Dövlətimiz sizin timsalında qeyrətli,mərd,dürüst oğul və qızları ilə fəxt edir.

Şərhinizi yazın