Menu
Geri İrəli

Sumqayıt şəhəri İcra hakimiyyəti “yaşıl bina” ilə bağlı rəsmi məlumat yaydı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2010 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur

36911_114346738613287_100001138847447_87015_7613543_nSon zamanlar Sumqayıt şəhəri İcra hakimiyyətinin yerləşdiyi “yaşıl bina”dakı sarmaşıqların bir hissəsinin kəsilməsi mətbuatda, xüsusilə də “facebook” sosial şəbəkəsində geniş müzakirə obyektinə çevrilmişdir. Bu günlərdə Sumqayıt şəhəri İcra hakimiyyəti bu məsələ ilə əlaqədar olaraq rəsmi məlumat yaymışdır. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Binanın inşası başa çatdıqdan sonra ön hissəsində perimetr boyu “daş sarmaşıqlar”ı əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə 20 il müddətinə örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Artıq uzun illərdir ki, yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikamızdan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir.

Həmin vaxtdan hal-hazıra kimi bu sarmaşıqlara şəhərin müvafiq qurumları tərəfindən zəruri aqro-texniki xidmət göstərilmişdir.

Lakin, son vaxtlar binanın yaşıl örtüyünün bəzi hissələrində quruma prosesi başladığından şəhər İcra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik İnstitutuna, Mərkəzi Nəbatət bağına və müstəqil mütəxəssislərə bu prosesin yaranma səbəbinin öyrənilməsi və qarşısının alınması məqsədilə müraciət edilmişdir.

Bitki nümunələrinin laborator analizlərinin və mütəxəssis rəyinin nəticəsi olaraq məlum olmuşdur ki, “daş sarmaşıq”ların vegetasiya dövrü 50-55 il təşkil edir. Sarmaşıqların 1960-cı illərdə əkildiyini nəzərə alaraq, nəticə etibari ilə bu bitkilərin quruması təbii prosesdir və qarşısının alınması mümkün deyildir.

Bu bitkilərin yenidən bərpa olunması və binanın əvvəlki görkəminə qaytarılması məqsədilə hazırda mütəxəssislərin rəyi əsasında şəhər İxtisaslaşdırılmış Tikinti – Quraşdırma və Yaşıllaşdırma İdarəsi tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir.

Bu növ bitkilərin inkişafı və tam bərpası müəyyən müddət tələb etdiyindən, binanın fasadında memarlıq normalarına cavab verən üslubda dəyişikliklər aparıla bilər.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın