Menu
Geri İrəli

Sumqayıt şəhərində içməli su olmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2012 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində yerləşən mərkəzi nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar dekabrın 18-də saat 08:00-dan başlayaraq gün ərzində Sumqayıt şəhərinin S.Vurğun küçəsi boyu yerləşən ərazilərinə – Sənaye zonası daxil olmaqla “Kimyaçılar”, “Köhnə kottec” yaşayış massivlərinə və 26-cı məhəlləyə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın