Menu
Geri İrəli

Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş – FOTOSÜBUT

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur
Sumqayıt səhiyyəsinin özünə onkoloq lazım imiş - FOTOSÜBUT

Əməkdaşımız Sumqayıt Şəhər Onkoloji Dispanserinə baş çəkib, gördüyü acınacaqlı mənzərədən şoka düşüb. Əməkdaşımızın baş həkimlə görüşmək istəyinə cavab olaraq bildirilib ki, o əməliyyatdadır və ona görə də şöbə müdiri Mirfazil həkimlə görüşə bilər. Özünü təqdim edərək xəstəxanadakı mövcud acınacaqlı durumun səbəbini öyrənməyə çalışan əməkdaşımıza şöbə müdiri deyib ki, buranın təmiri üçün külli miqdarda vəsait tələb olunur və onlar bu barədə hətta keçmiş icra başçısına da dəfələrlə müraciət ediblər. Hətta sən demə, Eldar Əzizovun özü də vaxtilə həmin xəstəxanaya təşrif buyuraraq buradakı dözülməz şəraiti öz gözləriylə görübmüş.

Şöbə müdiri ilə xudahafizləşən əməkdaşımız üz tutub Sumqayıt Şəhiyyə Şöbsəinə. Orada da onu şöbə müdiri Ələkbər Tağıyevin qəbuluna salmaqdan imtina ediblər və bildiriblər ki, suallarını qurumda ictimaiyyətlə əlaqələrə cavabdeh olan Xalidə xanıma ünvanlayaraq cavab ala bilər. Xalidə xanımsa bildirib ki, vəziyyətdən hali olsalar da tədbir görməkdə acizdirlər və bunun üçün dövlət səviyyəsində müdaxilə lazımdır.
Beləcə bəlli olub ki, Sumqayıtda gerçəkdən də Eldar Əzizovdan xeyli problem yığılıb qalıb və Zakir Fərəcovun görəcəyi hələ xeyli iş var…(moderator.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın