Menu
Geri İrəli

Sumqayıt təhsil şöbəsi qarın təmizlənməsi ilə bağlı müəllimlərə göstəriş verib?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 807 dəfə • 1 şərh

Fevralın 15-də yenidən tempraturun düşəcəyi, qar yağacağı gözlənilir. Belə halda Sumqayıtda yenidən qarın problemlər yaradacağı, küçələrin, yolların təmizlənməsi ilə bağlı məsələnin bir daha diqqət mərkəzinə gələcəyi ehtimal edilir.

“168saat.com” saytına daxil olan məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq strukturları, eləcə də digər əlaqədar qurumlara tapşırıqlar verilib. Ən maraqlı təlimat isə məktəblərə verilən tapşırıqdır.

Yəni məktəb direktorlarını xəbərdar etmişik ki, qar yağacağı təqdirdə texniki işçilər problemlər yaranmasın deyə əvvəlcədən bununla bağlı tədbirlər görsünlər
Saytın məlumatına görə,  müvafiq strukturların birindən məktəb direktorlarına göndərilən məktubda qarın təmizlənməsi ilə bağlı müəllimlərə müvafiq göstərişlərin verilməsi tapşırılıb. Məktubda deyilir: “Fevralın 15-dən etibarən yenidən havanın pisləşəcəyi, qar yağacağı gözlənilir. Bununla bağlı müəllimlərə tapşırıqlar verin. Məktəbin ətrafı, qarşı səkilər təmizlənməlidir. Qar bazar günü yağsa belə müəllimlər işə çağırılmalıdır”.

Bu tapşırıq təbii olaraq məktəblərin pedaqoji heyəti tərəfindən birmənalı qarşılanmayıb və narazılıqlara səbəb olub. Müəllim heyəti hansı əsaslarla onların küçələrin, məktəblərin ətrafının təmizlənməsinə, hətta bazar günü qar yağarsa işə çağırılmaına etiraz edir.

Məsələ ilə bağlı Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovla əlaqə saxladıq.  Təhsil şöbəsinin müdiri “Xeberle.com”-a  məktəblərə müvafiq göstərişin verildiyini təsdiq etdi. Amma bu göstərişdə müəllimlərin qar yağacağı təqdirdə təmizləmə prosesinə cəlb ediləcəyini təkzib etdi: “ Bəli biz məktəblərə havaların pisləşəcəyi  ilə əlaqədar  və bundan doğacaq problemləri önləmək üçün tapşırıqlar vermişik. Amma bu tapşırıqda göstərilməyib ki, müəllimlər qar təmizləmə prosesində iştirak etsinlər. Bu sırf texniki işçilərə aiddir. Yəni məktəb direktorlarını xəbərdar etmişik ki, qar yağacağı təqdirdə texniki işçilər  problemlər yaranmasın deyə əvvəlcədən bununla bağlı tədbirlər görsünlər. Burada müəllim və şağirdlərdən söhbət gedə bilməz.  Bütün sivil ölkələrdə məktəbyanı həyətləri orta təhsil müəssisəsinin kollektivi təmizləyir. Burda nə var ki?  Şagirdlər məktəbə gələndə məktəbin həyəti təmiz olmalıdır ki, sürüşüb yıxılmasınlar, zədələnməsinlər ”

vaqif

Facebook Şərhləndirmə:

“Sumqayıt təhsil şöbəsi qarın təmizlənməsi ilə bağlı müəllimlərə göstəriş verib?” yazısına bir cavab

  1. aslan deyir:

    Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov ancaq qar təmizləməyə layiqdir.

Şərhinizi yazın