Menu
Geri İrəli

“Sumqayıt” Ticarət Mərkəzinin sahibinin səhhəti pisləşib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 770 dəfə • Şərh yoxdur

“CTF” şirkətinin təsisçisi , “Sumqayıt” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhəti pisləşib. Bu barədə Publika.Az-a N.İsgəndərovun yaxını məlumat verib. 

Məlumata görə, hazırda N.İsgəndərov Azərbaycandadır: “Son günlər Nizaminin bel nahiyəsində kəskin ağrılar yaranıb və buna görə də müalicə olunur. Belində yaranan ağırılarla əlaqədar Nizami İsgəndərov işə də çıxmır”.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də Nizami İsgəndərova məxsus olan “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşmüşdü. Nəticədə azyaşlının bir ayağı kəsilmiş, digəri isə ağır zədələnmişdi.

nizami

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın