Menu
Geri İrəli

Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 1,028 dəfə • Şərh yoxdur

baki sumqayitBu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.

“Qafqazinfo” xəbər verir ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq. Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: “Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın