Menu
Geri İrəli

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2010 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

yanvar20.01.201020 Yanvar 2010-cu il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar şəhərdə yerləşən “20 Yanvar”  abidəsi və Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə şəhər başçısı “20 Yanvar” abidəsi qarşısına əklil qoyub, daha sonra “Şəhidlər Xiyabanı”nında şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş əsgər və zabitlərin şərəfinə ucaldılmış xatirə kompleksi də ziyarət edilib. Gün boyu şəhər sakinləri Şəhidlər Xiyabanına və 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə axın etmiş, şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın