Menu
Geri İrəli

Sumqayıtda 25 yaşlı oğlan qətlə yetirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2013 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, 25 yaşlı Rəşid İbişov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində R.İbişovu qətlə yetirmiş 22 yaşlı Mahir Dəmirov müəyyən edilib və saxlanılıb.

“Sumqayitxeber.com”a daxil olan məlumata görə qətli törətməkdə təqsirli bilinən Mahirlə Rəşid dost imişlər. Mahir öz dostunu onun telefonundan icazəsiz şəkil köçürdüyü üçün qətlə yetirib.

Araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın