Menu
Geri İrəli

Sumqayıtda 5 min yeni iş yeri

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2012 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 43 müəssisənin fəaliyyət göstərməsi və burada minimum 5 min yeni iş yerinin açılması nəzərdə tutulur. “APA-Economics”in məlumatına görə, bunu parkın direktor müavini Zaur Məmmədov deyib. O bildirib ki, park 43 sub-əraziyə bölünüb və bu, o deməkdir ki, parkda azı 43 müəssisə işləyə biləcək: “Ümumilikdə SKSP üçün ayrılan 167,66 hektar ərazinin 70%-i istehsal, 30%-i qeyri-istehsal məqsədləri üçün istifadə olunacaq. İstehsal müəssisələri ilə yanaşı, burada anbar sahələri, dəmir yolları, yükləmə boşaltma məntəqələri və s. tikilir”.

 

Hazırda SKSP-nin ərazisində sovet dövründən qalmış tikililərin, istehsalat sahələrinin sökülməsi və yeni infrastrukturun yaradılması işlərinin aparıldığını söyləyən Z. Məmmədov onu da əlavə edib ki, park bütün zəruri infrastrukturla – elektrik enerjisi, su, qaz xətləri, avtomobil və dəmir yolları, fiberoptik xətlərlə təmin olunacaq, bu kabel vasitəsilə İP xidmətlər göstəriləcək.

 

Parkda geniş sosial zona da fəaliyyət göstərəcək. Burada 7 emalatxanası olan 1 200 şagirdlik peşə məktəbinin, şagirdlərin yaşaması üçün yataqxananın, 2 ədəd 25 mərtəbəli inzibati binaların və s. digər yardımçı binaların tikintisi nəzərdə tutulur: “İnzibati binalarda biznes inkubatorlar, investorlara dəstək xidməti – vahid pəncərə sistemi tətbiq olunacaq ki, ora gələn investorlar heç bir əngəllərlə qarşılaşmasınlar”.

 

Parkda zəruri infrastrukturun yaradılması və digər işlər üçün 2012-ci ildə 15 milyon manat ayrılıb. Qarşıdakı illərdə bu məqsədlə vəsaitlərin ayrılması davam edəcək və bunun üçün böyük məbləğlər sərf ediləcək ki, park ən müasir standartlara cavab versin.

 

Parkın fəaliyyətə başlaması üçün sənaye parklarının nümunəvi Əsasnaməsi dövlət başçısı tərəfindən təsdiqlənməlidir./apa/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın