Menu
Geri İrəli

Sumqayıtda 680 narkoman qeydə alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2009 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

Sumqayıtda narkotik maddələrə aludə olan 680 nəfər qeydə alınıb ki, bunların 35-i qadındır. RİA-nın məlumatına görə, bu barədə şəhər polis idarəsinin rəisi vəzifəsini icra edən
podpolkovnik Həsən Əsədov Sumqayıt rayonlararası narkoloji dispanserinin statistik məlumatlarına istinad edərək bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş iclasında hesabatla çıxış edən Həsən Əsədov bildirıb ki, cari ilin altı ayında polis idarəsi tərəfindən narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə dair 69 cinayət faktı qeydə alınıb. Təhqiqatın gedişində 68 nəfər məsuliyyətə cəlb edilmiş, 2 kiloqramdan çox narkotik maddə götürülərək dövriyyədən çıxarılıb. O, həmçinin qeyd etmişdir ki, aşkar olunmuş 14 cinayət hadisəsi narkotik maddənin satışı ilə əlaqədardır. Saxlanılan 29 cinayətkar arasında əvvəllər məsuliyyətə cəlb olunmuş şəxslər də vardır. 23 nəfər narkoloji dispanserdə qeydiyyatdadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın