Menu
Geri İrəli

Sumqayıtda ağacları kim yandırıb? – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 451 dəfə • 1 şərh

Bir neçə gün bundan əvvəl Sumqayıtın Nəsimi parkında, Mehdi Hüseynzadə adına stadionun arxasındakı şamlıqda 50-yə yaxın çoxillik şam ağacları üstünə benzin tökülərək yandırılıb və sonra kəsilib.Mənbə bildirir ki, ağaclar soyqırıma ,onların kəsildiyi yerdə restoran tikiləcəyi səbəbindən məruz qalıb. Bildiyiniz kimi mərhum prezident Heydər Əliyev demişdir ki, “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir”.Prezident İlham Əliyev də bir müddət əvvəl ağackəsənlərlə şəxsən özü məşğul olacağı barədə sərt bəyanat verib.

Ancaq Sumqayıtda məmurlar nə Heydər Əliyevin, nə də İlham Əliyevin bu sözlərinə məhəl qoymurlar.Xatırladaq ki, Sumqayıtda yaşıllıqların kütləvi surətdə vəhşicəsinə qırılması dəfələrlə baş verib.Hətta bir müddət əvvəl, aprelin 13-də Azərbaycan prospektində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 100-ə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdir ki,ağacların bu soyqırımı bir neçə gün mətbuatın gündəmindən düşməmişdir.

Hətta icra başçısı Eldar Əzizov bu hadisə geniş mətbuata yol açıb böyüyəndən sonra demişdir ki, guya icra hakimiyyətinin bundan xəbəri olmayıb, bəs Rusyada yaşayan hansısa biznesmen bu işi gizlincə gördürüb. Ancaq sağlam məntiqlə düşünəndə belə qənaətə gəlmək olar ki, ola bilməz ki, o hadisədən də , bir neçə gün bundan əvvəl baş verən yaşıl soyqırımdan da icra hakimiyyətinin və hüquq -müfahizə orqanlarının xəbəri olmasın. Birinci ona görə ki, Sumqayıt balaca şəhərdir və şəhərin bu başında nəsə ciddi şey baş verəndə, şəhərin o biri başında bu haqda artıq hamı mətbuatsız da xəbər tutur. Bundan başqa məlumdur ki, heç bir iş adamı şəhərin məsul adamlarının “xeyir duası”olmadan daşı -daş üstə qoya bilməz.

Mənbə bildirir ki, sadəcə şəhərdə satılası “xodovoy” boş yer artıq qalmadığından icra hakimiyyətində indi də girişiblər ağına-bozuna baxmadan ağacları bir ucdan qırmağa və onların yerini satmağa.Həmin yerləri satan məmurlar iş adamlarına özləri deyirlər ki, “ağacları gizlicə, qaranlıqda, tezbazar kəsin ki, mətbuat xəbər tutmasın”. Həmçinin həmin sahibkarlara bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə özləri cavab versinlər və əgər məsələ böyüyərsə günah da ancaq onlarda görüləcək.

Ancaq bununla belə Sumqayıtda həmin yerlərin qiyməti 100 minlərlə ölçülür.Doğrudan da ağaclar özbaşına kəsilə bilməz. Çünki ən azından ağacı kəsən sahibkar bilir ki, onsuz da o həmin yerdə tikinti aparanda icra hakimiyyəti qarşısında və başqa dövlət qurumları qarşısında buna cavab verməli olacaq. Ümumiyyətlə mənbə bildirir ki, Sumqayıtda torpaqların satılması ilə bağlı məsələlərin başında birbaşa icra hakimiyyəti durur.Qeyd edək ki,ağacların soyqırımı mütəmadi olaraq baş verir.

Yol kənarındakı bütün ağacları kəsib boş yerləri ayrı-ayrı sahibkarlara satıblar və həmişə də aidiyyatı məmurlar cəzasız qalırlar. Eldar Əzizov da əvvəlki icra başçıları kimi .hətta onlardan daha da intensiv bu ənənəni davam etdirdiyindən şəhərdə yaşıllıq xeyli azalıb.Hətta yolların ortasında olan yerlərdə belə şəhərə gözəllik verən,şəhərin ekologiyasını qoruyan ağaclar qırılıb,boş yerlər isə qanunsuz olaraq milyonlarla manata ayrı-ayrı şəxslərə satılıb ki,həmin yolların ortasında indi şadlıq evləri,ticarət mərkəzləri tikilib.Biz əlbəttə tikintiyə qarşı,sahibkarlığın inkişafına etiraz etmirik,ancaq bunun şəhərin ziyanı hesabına edilməsinə qarşıyıq.

Çünki o ağacların dəyəri ,oların kəsilməsindən sonra əmələ gələn boş yerin qiymətindən pul ilə ölçülməz qədər dəyərlidir. Fikrimizcə şəhərin hər bir ağacı bir çox yerli məmurlardan daha dəyərlidir,çünki onlar ikincilərdən fərqli olaraq özlərinə yox,son nəfəsinədək şəhərə xidmət edirlər və şəhəri daha da gözəlləşdirib,onu təmizləyirlər. Dediyimiz məmurlar isə gəldi-gedərdirlər və onları şəhər yox,ancaq öz qazancları maraqlandırır.Onlardan fərqli olaraq isə mən Sumqayıtımı çox istəyirəm…

Ümid edirik ki, bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tez bir zamanda maraqlanacaq və şəhərə ,onun ağaclarına qarşı vəhşicəsinə münasibət bəsləyənləri təkcə cərimələməklə kifayətlənməyəcək.

 Köhnə Sumqayıtlı , Bolgexeber.com

agac agac-2 agac-3

Facebook Şərhləndirmə:

“Sumqayıtda ağacları kim yandırıb? – FOTOLAR” yazısına bir cavab

  1. suqayitli deyir:

    eziz sumqayitlilar, teklif edirem, Sumqayitimizi qorumqaq ucun bir qurum yaradaq. Ve nail olaq ki, Sumqayita yadelli memurlar icra bascisi teyin olunmasinlar. Fikir vermisinizse, axirinci 2 yadelli bascinin zamaninda Sumqayit geceqonduya cevrilib. Artiq piyada yollari, sekiler, xiyabanlar heyasizcasina satilir. Seherin Bas planina cavabdeh olan adam hebs olunmalidir. Men esitmisdim ki, president Sumqayita gelende deniz qiragindaki hemin saheye de baxmali imis, orada mehmanxana kompleksi tikilmelidi. Indi aydin olur oradaki agaclar niye yandirilir….

Şərhinizi yazın