Menu
Geri İrəli

Sumqayıtda asfalt üzərinə çəkilmiş bayraqla bağlı RƏSMİ AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Mart 2014 • Baxış sayı: 1,262 dəfə • Şərh yoxdur

Ötən gün bəzi internet saytlarında Sumqayıtın İcra başçısının tapşırığına uyğun olaraq şəhərin prospektlərində asfaltın Azərbaycan bayrağı rəngində rənglənməsi və bu məsələnin sakinlərdə hiddət doğurması ilə bağlı məlumatlar yayılmışdı.

unnamed (2)
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi bununla bağlı sumqayitxeber.com-a açıqlama veri: “ Azərbaycan bayrağı hər birimiz üçün müqəddəsdir, əzizdir və yayılan məlumatlar əsassız, provokasiya xarakterlidir. İdarədən bildirilmişdir ki, Sumqayıtın küçələrinin birində məktəblilərin asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlərin rəsmlərini tədbirə toplaşan minlərlə şəhər sakini alqışlarla qarşılamışlar. Sumqayıtda vətənpərvərlik mövzusunda tədbirlər prioritet istiqamət daşıyır və bu mövzuda ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Bu faktdır. Kimlərinsə müqəddəs hislərimizlə oynayaraq bu tədbiri  öz çirkin məqsədlərinə çatmaq və provakasiya yaratmaq üçün istifadə etmək cəhdləri bizdə təəssüf və hiddət doğurur.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın