Menu
Geri İrəli

Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar istintaq başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2014 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

hebs qandalÖtən il dekabrın 11-də Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş 16 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, istintaqın başa çatması vəkillərə elan olunub. Növbəti həftədən vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar.

Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 16 nəfər həbs edilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın