Menu
Geri İrəli

Beş nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanı törədən şəxsin məhkəməsi oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur
ef17e637f3c5b4955e4941c52cbfb0e7Quba yolunda baş verən dəhşətli yol qəzasını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Fuad Mehmanovun APA-ya verdiyi məlumata görə, dekabrın 24-də Bakı-Quba yolunda  beş nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən “Mercedes” markalı yük avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü İlham Əmiraslan oğlu Yusifova Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma-iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə  ittiham irəli sürülüb.

Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ. Yusifov barəsində 3 ay  müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, , dekabrın 24-də saat 12:00 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yusifovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən, Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirli,  1989-cu il təvəllüdü Əli Qeys oğlu Məmmədov və şəxsiyyəti hələlik məlum olmayan digər bir sərnişin hadisə yerində ölüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın