Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəzanı törədən şəxs həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 718 dəfə • Şərh yoxdur

Dünən Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində baş vermiş dəhşətli qəzaya görə yük maşınının sürücüsü həbs edilib. Lent.az-ın məlumatına görə, 5 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəbolmuş “Azərkörpü” Tikinti Şirkətinə məxsus  90-AG-518  dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşının sürücüsü, 1977-ci il təvəllüdlü Yunisov İlham Əmiraslan oğlu polis tərəfindən saxlanılıb.

 Verilən digər məlumata görə, hadisə nəticəsində “Nissan Tiida” markalı avtomobildə ölən şəxslərdən ikisinin şəxsiyyəti hələ də müəyyən edilməyib. Hər iki şəxs 20-25 yaşlı oğlandır. Digər ölənlər isə  həmin avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Sadıqov Akif Məhərrəm oğlu, sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Hidayəddinov Cavid Əjdər oğlu , Azərbaycan Texniki Universitetinin tələbəsi, 1994-cü il təvəllüdlü Tahirli Nurlan Güloğlan oğludur

 Qeyd edək ki, Bakı-Quba yolunun 22-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və “Nissan Tiida”ya çırpılıb. Yük maşını “Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.

4852a183f08fac34186f22dcfa76aa88

Facebook Şərhləndirmə:

Şərhinizi yazın