Menu
Geri İrəli

Sumqayıtda dollar bahalaşdı – Sakinlərin “şənbə günü qorxusu”

Müəllif: Sumqayitxeber.com • Tarix: 22 Avqust 2015 • Baxış sayı: 919 dəfə • Şərh yoxdur

dollar-11Artıq bir neçə gündür ki, ölkədə manatın növbəti devalvasiyasının baş verməsi – dolların bahalaşması xəbəri dolaşmaqdadır. Xeberle.com məlumat verir ki, artıq bu gün sözügedən şayiələr bir az da reallığa yaxınlaşıb. Belə ki, artıq Sumqayıtın valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaranıb, dollar bahalaşaraq 1,06 manat olub, daha sonra dollar satışı dayandırılıb. Pullarının ucuzlaşmasından ehtiyatlanan insanlar təşviş içindədir, apardığımız müşahidələr bunu göstərdi ki, əlində manatı olan insanlar pulunu dollara çevirmək üçün şəhərin bütün valyutadəyişmə məntəqələrini ələk-vələk etməkdədirlər. Ən maraqlı məqam isə dolların bahalaşma ehtimalının gözlənildiyi sabahın yenə də şənbə gününə təsadüf etməsidir. Bildiyiniz kimi bizlərdə hər bir şeyin bahalaşmasının “rəsmi vaxtı” – şənbə günüdür. Hər halda məlum fevral devalvasiyası da şənbə günü baş vermişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın