Menu
Geri İrəli

Sumqayıtda dünyasını dəyişən şagird xəstəliyinə ciddi yanaşmayıb-VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

Artıq bir neçə gündür ki, Kütləvi İnformasiya Vasitələrində dərs zamanı şagirdin dünyasını dəyişməsi gündəmdən düşmür. Ancaq əldə etdyimiz video görüntü göstərir ki, şagird özü də sağlamlığındakı problemə laqeyd yanaşıb…

Xəbər verdiyimiz kimi mayın 13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun məktəbdə ürəyi dayanıb və dünyasını dəyişib. Qeyd olunur ki,  dərsə gecikən uşaqlar məktəbin həyətində qaçırılarkən şagird yıxılıb və bədən tərbiyəsi müəlimləri şagirdin ayağa qalxmadığını gördükdə ona yaxınlaşıb və ilkin tibbi yardım göstərməyə cəhd ediblər. Hadisə baş verəndən təcili tibbi yardım maşını gələnə qədər 20-25 dəqiqə vaxt keçib. Briqada hadisə yerinə çatanda isə şagird artıq dünyasını dəyişib.

Şagirdin valideynləri də bildirib ki,  İlyasov Azad Tariyel oğlunun ürəyinin divarında qalınlaşma olub.

Müəllimin İlyasova dərsə gecikdiyinə görə cəza kimi məktəbin həyətində qaçmağı əmr etməsi ilə bağlı məlumatlar daha çox qabardılır. Suqmayitxeber.com saytı araşdırma nəticəsində dünyasını dəyişən şagirdin özünün də sağlamlığına ciddi yanaşmadığını, həkimlərin özünü qorumaqla bağlı tövsiyələrinə əməl etmədiyini üzə çıxarıb. Əldə etdiyimiz video görüntüdə Azad öz məktəb yoldaşları ilə güləşir.

Videoda 1.55-ci dəqiqədən sonra ölən şagirdin məktəbin həyətində şagird yoldaşları ilə güləşdiyi açıq aşkar görünür. Bu isə sual doğurur ki, əgər şagird ürəyinin xəstə olduğunu bilirdisə və həkim bunu qadağa qoyubsa nə üçün güləşirmiş?

Bu videodan görünür ki, şagird özü də xəstəliyinə laqeyid yanaşıb və bu hadisəni yalnız müəllimin və məktəb direktorunun üzərinə yıxmaq da ədalətsizlikdən başqa bir şey deyil. Bədbəxt hadisə elə şagirdin güləşdiyi zaman da baş verə bilərdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın