Menu
Geri İrəli

Sumqayıtda elmi konfrans keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2009 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində “Monomerlər və polimerlər kimyasının müasir problemləri” adlı elmi konfrans keçirilib. Konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Polimer Materialları İnstitutu və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində həyata keçirilib. Konfransda şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, respublikamızın bir sıra tanınmış alimləri, elm adamları və şəhər ictimaiyyəti iştirak edib. Konfransda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev qonaqları salamlayıb, “Sumqayıt 60 il: Tarixi inkişaf və müasir nailiyyətlər” adlı məruzə ilə çıxış edib. Daha sonra “Yeni nanotərkibli katalizatorların sintezi və bunlar əsasında nanoölçülü karbonun alınması”, “Funksionallaşdırılmış polipropilen və bentonit əsasında nanokompozitlərin hazırlanması”, “Allil efirlərinin kompleks-radikal polimerləşməsi”, “Optiki aktiv monomerlərin sintezi” və “Nanokimyəvi təhsil və nanokimyəvi tədqiqatlar” mövzuları ilə bağlı məruzələr oxunub.

Mənbə: Sumqayıt şəhər İcra Hakimiyyəti

sduk2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın