Menu
Geri İrəli

Sumqayıtda güclü partlayış: polis əməkdaşı həlak oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2013 • Baxış sayı: 309 dəfə • 1 şərh

Aprelin 22-də Sumqayıt şəhərində güclü partlayış baş verib. Lent.az-ın məlumatına görə, H.Z.Tağılyev qəsəbəsində yeni məhəllədə tikilmiş evə gələn Baş Mühafizə İdarəsi, Sumqayıt şəhər Şöbəsinin əməkdaşı, polis baş serjantı 1983-cü il təvəllüdlü Teymur Qələndərov mənzilə daxil olandan az sonra güclü partlayış baş verib. O ağır vəziyyətdə əvvəlcə Sumqayıtdakı xəstəxanaya, ordan isə Bakı şəhərində yerləşən 5 saylı şəhər xəstəxanasına gətirilib. Lakin həkimlərin səyinə baxmayaraq polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, T.Qələndərov yeni ailə həyatı qurubmuş. O dünən növbədən sonra evə istirahətə gəlirmiş. İlkin məlumata görə, hadisə qaz sızmasından baş verib.

Facebook Şərhləndirmə:

“Sumqayıtda güclü partlayış: polis əməkdaşı həlak oldu” yazısına bir cavab

  1. leyla deyir:

    ALLAH rehmet elesin bu qaz cox adamin axrina cixacaq

Şərhinizi yazın