Menu
Geri İrəli

Sumqayıtda içməli su problemi- ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 1,213 dəfə • Şərh yoxdur
Share Button

Artıq bir aya yaxındır Sumqayıt şəhərinin əksər bölgələrində içməli su problemləri yaşanır. Şikayətçilərin Modern.az-a verdiyi məlumata görə, konkret olaraq 10-cu mikrarayon ərazisində suyun verilməsində fasilələr yaranıb. Qeyd edilir ki, əvvəllər 24 saat sudan istifadə edə bildikləri halda, indi saat 11:00-dan 18:00-dək sakinlər susuz qalırlar. Yalnız səhər və axşam su təzyiqlə vurulduğu halda insanlar sudan istifadə edə bilirlər.
Məsələ ilə bağlı Modern.az Sumqayıt şəhər Su-Kanal İdarəsi ilə əlaqə saxlayıb. İdarənin rəisi Ədalət Bağırov bunu son günlər ölkə ərazisində müşahidə edilən soyuq hava ilə əlaqləndirib.

“Soyuq hava və qarın yağmasında sonra insanlar həyətyanı sahələr və evlərdə suyu açıq qoyurlar. Bu isə həddindən artıq suyun istifadəsinə gətirib çıxarır. Biz yanvar ayının axırı və fevralın əvvəlindən 40 faiz normadan artıq su veririk. Ümumiyyətlə, hazırda bizim Sumqayıt şəhərini tam 24 saat fasiləsiz su ilə təmin etmək gücümüz yoxdur. Lakin bu yöndə işlər davam etdirilir, gələcəkdə Sumqayıt şəhəri 24 saat su ilə təmin ediləcək. Konkret həmin əraziyə gəlincə isə briqadamızı göndərmişik, ola bilsin nəsə problem var, araşdırılacaq”.

Aytən ƏLİYEVA

icmeli su

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın