Menu
Geri İrəli

Sumqayıtda jurnalistlərlə görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2014 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur
Share Button

10001583_704526339570635_1084597580_nMartın 12-də Azərbaycan Respubrikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycanın ötən 20 illik tarixi bir dövrdə makroiqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər üzrə yüksək inkişaf yolu keçdiyini vurğuladı. M.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafının yeni mərhələyə qədəm qoymasını reallaşdıran fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi.

Görüş zamanı Muxtar Babayev qeyd etdi ki, 2014-cü ilin “Sənaye ili” adlandırılması sənayeləşdirilməsi baxımından çox vacib idi. Bu isə o deməkdir ki, növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcək. “Qürurverici haldır ki, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələri Azərbaycanın gələcəyinə hesablanmış layihələrdir və bu layihələrin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək.”

M.Babayev bir məsələni də qeyd etdi ki, Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodu respublikamızda həyata keçirilən ən iri infrastruktur layihələrindən biri olmaqla, Xəzəryanı ölkələrdə olan analoji müəssisələr arasında ən böyüyüdür. Qaradağ rayonunda inşa olunmuş və geniş əraziyə malik zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Xəzər dənizində Azərbaycanın aparıcı gücləndirəcək və ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.

İllik istehsal gücü 700 min tona yaxın olan Metanol zavodunun istismara verilməsini, 2016-cı ildə istismara verilməsi nəzərdə tutulan Karbamid zavodunun tikintisi ilə bağlı görülən işləri diqqətə çatdıran M.Babayev vurğuladı ki, yaxın dövrlərdə Qaradağ rayonunda inşa olunacaq yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) verilməsi Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə müasir tələb və standartlara cavab verməyən istehsal sahələrinin istismardan çıxarılmasına gətirəcək.

“Neft və qaz emalı zavodlarının, baza polimerlərin istehsalı planlaşdırılan nəhəng neft-kimya zavodunun inşası nəzərdə tutulmuş kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq. Bununla da Azərbaycanda neft və qaz emalı, həmçinin neft-kimya sahəsində dərin texniki və texnoloji irəliləyişlərə nail olunacaq, çoxlu sayda ən yeni texnologiyalar əldə ediləcək və bir çox növdə məhsul və məmulatların idxalından asılılığı aradan qaldıran geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal edilməyə başlanılacaq.

Bu layihənin icrası və iri müəssisələrin şəhərdən kənarlaşdırılması ilə böyük həcmdə ərazilərin boşaldılaraq mülki və sosial-məişət təyinatlı məqsədlər üçün istifadə edilməsinə imkan yaradılacaqdır. Həmçinin müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı formalaşdırılacaq, yeni iş yerləri açılmaqla əhalinin məşğulluq strukturu və dolanışıq səviyyəsi keyfiyyətcə yaxşılaşdırılacaq.”

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri xatırlatdı ki, son günlərdə Sumqayıtda ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılan sənaye müəssisələri yeni iş yerlərinin yaradılmasına birbaşa xidmət edən faktorlardandır. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilməlidir.

Sənaye parklarının bir əhəmiyyəti də ondadır ki, burada istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, 10-larla yeni

istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcəkdir.

Sonra Muxtar Babayev jurnalistləri maraqlandıran bir çox sualları cavablandırdı. ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatların ləğv edilməsi nəticəsində ətraf mühitin çirklənmə dərəcəsinin xeyli azalması, əməkcilərin sosial-məişət şəraiti, maddi təminatı və yaşayış səviyyəsi baxımından müsbət dönüşə nail olunması və bir neçə onilliklərlə müqayisədə Sumqayıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunması haqqında da geniş söhbət aparıldı.

Tədbirdə çıxış edən mətbuat nümayəndələri bu qəbildən olan tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirərək, kimya sənayesində əldə olunan uğurların təbliğ olunmasında KİV-lərin mühüm rolu olduğunu vurğuladılar.

Respublikamızda kimya sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən KİV nümayəndələri kimyaçıların “Sənaye ili”ndə daha böyük uğurlar əldə etmək əzmi ilə çalışacaqlarına əmin olduqlarını ifadə edərək, öz arzu və təkliflərini bildirdilər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın