Menu
Geri İrəli

Sumqayıtda məskunlaşan məcburi köçkünlər Qobuya köçürüləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 385 dəfə • 1 şərh
Yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək.
APA  -nın xəbərinə görə, bunu bu gün Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsi barədə keçirdiyi müşavirədə bildirib.
Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: “Hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlər hamısı yeni yaşayış massivinə köçürüləcək”.
Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir.
Facebook Şərhləndirmə:

“Sumqayıtda məskunlaşan məcburi köçkünlər Qobuya köçürüləcək” yazısına bir cavab

  1. Məhəmməd deyir:

    Allah köməyiniz olsun,yazıqdırlar. Bir az tez eliyin, bəlkə bu camaatın canı qurtara. Hər birinə bir “BMV”-nin axırıncı modelindən də verin.

Şərhinizi yazın