Menu
Geri İrəli

Sumqayıta 3milyon manat ayrılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2012 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın