Menu
Geri İrəli

Sumqayıtda narkomaniyaya qarşı mübarizə

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2011 • Baxış sayı: 246 dəfə • Şərh yoxdur

Gənclər üçün Təhsil Mərkəzi Sumqayıt şəhərində gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə həsr olunan yeni və uzunmüddətli layihənin icrasına başladı. GTM-nin sədri Vusal Quliyev SİA-ya verdiyi açıqlamasında bildirib ki, layihənin əsas məqsədi HİV-ə münasibətdə ən yüksək risk qrupuna aid olan narkomanlar arasında zərəri azaltmaq, onlara qayğı və yardımları gücləndirməkdir. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, HİV/AİDS, Vərəm və Malariya ilə mübarizə üzrə Qlobal Fond və Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən dəstəklənir.

“Mərkəz artıq 4 ilə yaxındır ki, Sumqayıt şəhərində bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Yeni icrasına başlanan bu layihə çərçivəsində Sumqayıt şəhərinin bir neçə mikrorayonlarında və iri qəsəbələrində birbaşa olaraq narkotik istifadəçisi olan insanlara çıxışın əldə edilməsi, onların sağlam həyata qayıtması üçün profilaktik tədbirlərin görülməsi, həkimə və hüquqşünaslara göndərişlərin təşkili, maarifləndirici tədbirlərin təşkili, tibbi ləvazimatlarla təmin olunmaları və s. həyata keçiriləcək. Layihənin idarə olunması üçün Sumqayıt şəhərində yeni ofis açılıb və hədəf ərazilərdə işləmək üçün 6 nəfər mütəxəssis cəlb edilib”, – deyə o əlavə edib.

V.Quliyev vurğulayıb ki, zərərin azaldılması layihələri narkotik vasitələrdən qeyri-tibbi məqsədlərlə istifadə nəticəsində fərd və cəmiyyət üçün yarana biləcək fəsadların qarşısının alınması və azaldılmasına yönəldilən ən effektiv tədbirlər toplusudur. Onun sözlərinə görə, zərərin azaldılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən HİV-in ən uğurlu profilaktika vasitəsi kimi tanınıb və Azərbaycan Respublikasının 2001-2006 və 2007-2012-ci illər üçün QİÇS-lə mübarizə üzrə Milli Strateji planına daxil edilib: “Zərərin azaldılması fəaliyyəti Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 22 may 2010-cu il tarixdə qəbul edilib və 10 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “İnsanın immunçatışmamazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunla tənzimlənir”. SİA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın