Menu
Geri İrəli

Sumqayıtda nasaz işıqfor qəzalar yaradır – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
Share Button


Sumqayıt şəhərində nasaz işıqfor qəzalar yaradır. milli.az-ın məlumatına görə, “Koroğlu” prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində işıqfor xeyli vaxtdır işləmir. Bu müddət ərzində həmin ərazidə yol qəzaları da olub. Hətta belə qəzalardan biri ötən gün gecə baş verib.

Məsələ ilə bağlı Sumqayıt şəhər Yol Polis Şöbəsinin bölmə rəisi Nizami Yusifov bu məsələ ilə məşğul olmadığını deyərək Söhbət müəllim adlı şəxslə əlaqə yaratmağımızı tövsiyə etdi.

Söhbət müəllim isə Milli.Az-a bildirdi ki, sözügedən ərazidə işıqforda nasazlıq yaranmışdı. Köhnə olan işıqfordakı problem aradan qaldırılacaq. O, həmçinin əlavə etdi ki, Sumqayıt şəhərində olan köhnə işıqforların dəyişdirilməsinə başlanıb. İşıqforlar dəyişənə qədər həmin yerdə bir neçə qəza olduğunu xatırladanda isə həmin şəxs söhbətə yekun vurdu.
Böyütmək üçün şəkillərə klikləyin.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın