Menu
Geri İrəli

Millət Vəkili Muxtar Babayev: “Sumqayıtda qocalar evi tikilməlidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2013 • Baxış sayı: 604 dəfə • 2 şərh

Parlamentin bugünkü iclasında çıxış edən deputat Muxtar Babayev Sumqayıtın sosial infrastrukturundan söz açıb.

AzVision.az-ın məlumatına görə, millət vəkili bildirib ki, Sumqayıtın sosial infrastukturu çox zəifdir, sovet vaxtı tikilib və bu günün təlabatına cavab vermir.

“Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtın yataqxana problemi var. Keçmiş Sovet ittifaqı vaxtında müvəqqəti yaşamış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır.Bu Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır. Sumqayıt şəhəri özünü dolandırmaq sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcəyik. Nə özəl biznesin nə də Sumqayıtın bura maliyyə ayırması mümkündür”.

Deputatın sözlərinə görə, Sumqayıtda qocalar evi tikilməlidir.
“Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 4 yüz mindən artıq insan yaşayır. Burada qocalar evinin tikilməsi və istismara verilməsi vacibdir. Bu uzun müddət gündəmdir”.

Sevinc İltifatqızı, azvision.az

muxtar babayev

Facebook Şərhləndirmə:

“Millət Vəkili Muxtar Babayev: “Sumqayıtda qocalar evi tikilməlidir”” yazısına 2 cavab

  1. Rafiq Oday deyir:

    Yazıda bir çox texniki qüsurlar, hərf və s. səhvlər var.
    Çox xahiş edərdim ki, onlar islah olunsun.

  2. Nane deyir:

    Bu qocalar evi lazimdirmi? Kime? Bizim milletimize yarawarmi bu qocalar evi? Eksine ele etmek lazimdir ki, qocalar evine ehtiyac qalmasin.

Şərhinizi yazın