Menu
Geri İrəli

Sumqayıtda şagirdin döyülməsinə görə direktor müavini və müəllim cəzalandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2015 • Baxış sayı: 835 dəfə • Şərh yoxdur
Share Button

publika.az1421216175muallim doyduSumqayıtda 6-cı sinif şagirdi xəsarət alıb

Sumqayıtda şagirdlərdən birinin döyülməsi ilə bağlı məlumat yayılıb. Lent.az-ın məlumatına görə, Sitarə adlı valideyn müsavat.com-a bildirib ki, oğlu – 37 saylı orta məktəbin 6-cı sinif şagirdi Pünhan Tanrıverdiyev müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin tərəfindən döyülüb.
Məsələ ilə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin müdir əvəzi Vidadi Bağırov Lent.az-a bildirib ki, bununla əlaqədar Təhsil Şöbəsi tərəfindən araşdırma aparılıb: “Araşdırma zamanı məlum olub ki, sinif rəhbərinin şagirdi döyməsi faktı yoxdur. Şagird özü də bunu etiraf edib. Həmin şagirdlə sinif yoldaşı və bir məhəllədə qaldığı Emin arasında dava düşüb. Emin Pünhanı itələyib və ikinci xəsarət alıb”.
Müdir əvəzinin sözlərinə görə, məktəbdə tərbiyə işinin aşağı olması ilə əlaqədar sinif rəhbəri və eləcə də məktəb direktorunun tərbiyə işləri üzrə müavininə töhmət verilib, psixoloqa isə xəbərdarlıq edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın