Menu
Geri İrəli

Sumqayıtda sahibkarlar ayağa qalxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

“Daş bazarı”nın köçürülməsi məmur-vətəndaş qarşıdurmasına gətirib çıxardı

Sumqayıt şəhərində 52 və 53-cü məhəllələrin ərazisini əhatə edən “Daş bazarı”nın köçürülməsi sahibkarların etirazına səbəb olub.

Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, əraziyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Şəhər Polis İdarəsinin yetkililəri cəlb olunsa da, problemi həll etmək mümkün olmayıb: ““Daş bazarı”nın köçürülməsi adı ilə minlərlə sahibkarın zorakılıqla ərazidən çıxarılması sahibkarların ciddi etirazına səbəb olub. Dövlət yetkililərinin mülkiyyət hüququna qəsb etdiyini iddia edən sahibkarlar bildiriblər ki, onlar bu təkliflə razı deyil və öz fəaliyyətlərini bundan sonra da məlum ərazidə davam etdirməkdə israrlıdırlar. Sahibkarların müqavimətini qırmaq üçün əraziyə xeyli sayda polis dəstəsi gətirilsə də, etirazçıların inadını qırmaq mümkün olmayıb. Vəziyyətin mürəkkəbliyini görən yetkililər icra başçısı ilə görüşmək istəyən sahibkarların təklifi ilə razılaşmalı olublar”.

Məlumatda o da bildirilir ki, bu gün saat 17 radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla sahibkarlar arasında görüş keçiriləcəyi gözlənilirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın