Menu
Geri İrəli

Sumqayıtda sakinlərin tələbləri qismən yerinə yetirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2014 • Baxış sayı: 838 dəfə • Şərh yoxdur

etirazSumqayıt şəhər 11-ci mikrarayon Çerkatski küçəsində yaşayan sakinləri narahat edən əsas məsələ bir neçə ay bundan əvvəl sakinlər tərəfindən əkilən ağaclarin kəsilərək, yerində obyektlərin tikilməsidir.

Şikayətçilərin söylədiklərinə görə, əvvəl onlara İcra Hakimiyyəti tərəfindən kəsilən ağacların yerində park salınacagı bildirilib. Lakin sonradan sakinlər bir gecənin içərisində obyektlərin tikilməsinin şahidi olublar. Məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etsələr də hələki onların şikayətinə baxan olmayıb. Sakinləri narahat edən digər bir məsələ isə tikilən obyektlərin qapılarının onların binalarına tərəf açılmasıdır.

Binanın həyətinin illərdir təmir olunmaması da sakinləri narahat etməyə bilməz. Şikayətçilər deyir ki, uşaqların oynaması üçün binanın həyətində heç bir şərait yaradılmayıb. Dəfələrlə öz hesablarına binalarını təmir etdirsələr də xeyri olmayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Tariyel Hacıyev də hadisə yerinə gəlib. Məsələyə aydınlıq gətirən Tariyel Haciyev bildirdi ki, sakinlərə həmin yerdə park salınması ilə bağlı heç bir söz deyilməyib.

Binanın həyətindəki təmir məsələsinə gəldikdə isə Tariyel Hacıyev bu ilin sonuna qədər sözügedən ərazidə təmir işlərinə başlanacağını bildirdi.

Sonda isə İcra Hakimiyyəti başçısının müavini ilə sakinlər razılığa gəldilər ki, tikilən obyektlərin qapısı sakinlərin binaları təfərə deyil, əks tərəfə açılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın