Menu
Geri İrəli

Sumqayıtda Şaxta Babanın fotoaparatını oğurladılar?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2012 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur
Share Button

Yeni illə əlaqədar olaraq ölkənin əksər bölglərində olduğu kimi, Sumqayıtın da bir çox yerlərində Yolkalar düzülüb, şəhərdə bayram ab-havası hiss edilir.Ən böyük Yolka isə şəhərin bu il istifadəyə verilmiş Bayraq Meydanındadır.
Yolka ətrafında isə Şaxta Baba, Şirin Baba kimi personajlar şəhər əhalisini, xüsusilə azyaşlıları buraya çəkir.
Onlar müşayət edən fotoqraf isə bu personajlarla Yeni il bayramını tarixiləşdirməyə kömək edir. 2 manat xərcə düşməklə onlarla şəkil çəkdirmək olar.
Bizimlə söhbəti zamanı Bayraq Meydanındakı Şaxta Baba etiraf etdi ki, pis qazanmırlar, şəkil çəkdirənlər olur, həm də az olmur.
Orta məktəb şagirdi (?!) olduğu hiss olunan fotoqraf isə narazı və aqressiv görünürdü. “Günə nə qədər şəkil çəkirsiniz?” sualından bir az da emosionallaşan fotoqraf: “Bu nə sualdır eee verirsiniz?! Siz kimsiz ki?! Ziyana düşmüşük. Fotoaparatımızın çöpünü oğurlayıblar, onun da 700 manata yaxın qiyməti var”.
Görürsünüzmü, bu da bizim ildə bircə dəfə gələn Şaxta Babaya ehtiramımız. İndi hansı üzlə növbəti il üçün ondan nəsə istəyəsən?…

Bayraq Meydanından Vüsal yazdı

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın