Menu
Geri İrəli

Sumqayıtda “Xoca” filminin nümayişi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur
Share Button

1902800_697795323577070_742581820_n«Azərikimya» İB-də “Xoca” filminin yaradıcı kollektivi ilə birgə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu günlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün struktur bölmə-lərində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyinin idarə və müəssisələrində də Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə anım mərasimlərindən biri də fevralin 25-də Birliyin İdarə Aparatının konfrans zalında keçirilib
«Azərikimya» İstehsalat Birliyi ilə bərabər, Sumqayıt şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, həmçinin “Xoca” filminin yaradıcı kollektivinin iştirak etdiyi xatirə tədbirində öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunub.
Tədbirdə 1992-ci il il fevralın 26-na keçən gecə ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilmiş, Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirilmiş, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə erməni qəsbkarlarından azad ediləcəyinə əminlik ifadə edilib.
Anım mərasimində “Xoca” filminin yaradıcı kollektivi filmin araya-ərsəyə gəlməsi haqqında geniş məlumat vermiş, iştirakçıların bir sıra suallarını cavablandırılıb.
«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bu filmin Azərbaycan gəncliyinin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mü-hüm əhəmiyyətindən danışmış, filmin yaradıcı kollektivinə minnətdarlığını ifadə edib.
Sonda ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ssenarisi əsasında çəkilmiş “Xoca” filmi nümayiş olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın