Menu
Geri İrəli

Sumqayıtda yanacaqdoldurma məntəqəsi qarət edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2009 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsi qarət edilib. Sumqayıt şəhər Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 28-də 53-cü məhəllənin ərazisində şəhər sakini Bəhruz Quliyevə məxsus “Petrol-100” yanacaqdoldurma məntəqəsindən açıq qapıdan girmək yolu ilə 160 manat oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Elşad Məhərrəmov müəyyənləşdirilərək tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:

Şərhinizi yazın