Menu
Geri İrəli

Sumqayıtda yaradılacaq yeni zavodun layihəsi təqdim olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2014 • Baxış sayı: 597 dəfə • 1 şərh

Sumqayıtda Bərk məişət tullantılarının zərərsizləşdirilməsi və emalı zavodunun layihəsi təqdim olundu

 berk-tillantilar43211 iyul 2014-cü il tarixdə Sumqayıtda Bərk məişət tullantılarının zərərsizləşdirilməsi və emalı zavodunun layihəsinin təqdimat mərasimi keçirildi. Sumqayıt şəhər Təmizlik Departamenti ilə “Oxyzo” şirkətinin  razılığı əsasında tullantıların idarə edilməsi ilə bağlı birgə hazırlanmış proqram layihə barədə şəhər ictimaiyyətinə məlumat verildi. Proqramın rəhbəri Marko Şaranın verdiyi məlumata əsasən zavodun tikintisi 2015-ci ilin sonuna kimi mərhələli şəkildə həyata keçiriləcəkdir. Proqram layihə dörd yüz mindən çox əhali üçün planlaşdırılmışdır. Layihə rəhbəri bu zavodun tikintisinin həm şəhər əhalisinin sağlamlığına, həm də  ekologiyanın daha təmiz qalmasına xidmət edəcəyini bildirmişdir. Həmçinin bərk məişət tullantılarından yeni plastik, orqanik, taxta və s. məhsulların istehsal ediləcəyi diqqətə çatdırılmışdır. Çıxışdan sonra layihə rəhbəri ictimaiyyət nümayəndələrinin və jurnalistlərin onları maraqlandıran suallarına cavab vermişdir.

Facebook Şərhləndirmə:

“Sumqayıtda yaradılacaq yeni zavodun layihəsi təqdim olundu” yazısına bir cavab

  1. Cavad deyir:

    Salam.Yeni layihəniz xeyirli və ugurlu olsun.Çox mükəmməl proyekdir.Mən Qırxlarov Cavad Teyfur oğlu hal hazırda CNİM AZERBAİJAN şirkətində mexanik mühəndis vəzifəsində çalışıram.Mən çox isterdimki sizin zavodda çalışım və sizə əlimdən gələn köməkliyi göstərim. Mənim bu sahədə müəyyən qədər təcrübəm var .Nasosların ,konveyorların təmirini montaj və qaynaq işlərinidə bacarıram.Əyər istəsəniz mən sizə CV-mi göndərərəm.

Şərhinizi yazın