Menu
Geri İrəli

Sumqayıtdakı atışmada yaralananların adları açıqlandı- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 5,353 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub.  APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.

 Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.

 Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

 Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi

emeliyyat4 emeliyyat645

emeliyyat

Facebook Şərhləndirmə:

Şərhinizi yazın