Menu
Geri İrəli

Sumqayıtın ən yaxşıları bəlli oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2012 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasında 18-ci tur arxada qaldı və komandalar qış fasiləsinə yollandı. Azerisport.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubu 20 xalla toplamaqla fasiləyə 8-ci pillədə getdi.

Komandanın baş məşqçisi Bernard Raab arxada qalan turlarda ümumilikdə 24 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçisi Slavik Alxasov 18 oyunun 17-də meydanda olub (1530 dəqiqə). Alxasovla yanaşı, hücumçu Pərdis Fərcad-Azad da Premyer Liqada 17 qarşılaşmada iştirak edib və 1411 dəqiqə meydanda olub.
Slavik Alxasov – 17 oyun (1530 dəqiqə)
Pərdis Fərcad-Azad – 17 (1411)
Ceyhun Sultanov – 16 (1312)
Samir Abasov – 15 (1350)
Uğur Pamuk – 14 (1194)
Murad Ağayev – 13 (1012)
Ruslan Qurbanov – 13 (947)
Məhəmməd Mirzəbəyov – 13 (825)
Murad Doymuş – 12 (1080)
Aftandil Hacıyev – 12 (1021)
Orxan Əliyev – 12 (836)
Emin Cəfərquliyev – 12 (622)
Sabir Allahquliyev – 12 (332)
Səlahət Ağayev – 10 (900)
Ramil Həşimzadə – 9 (497)
Taner Taktak – 8 (585)
Xəyal Mustafayev – 7 (566)
Elçin Sadıqov – 6 (540)
Murad Hüseynov – 5 (102)
Bəxtiyar Həsən-Alızadə – 4 (308)
Ruslan Nəsirli – 3 (121)
Aqşin Muxtaroğlu – 3 (158)
Anar Məhərrəmov – 2 (180)
Şamil Camaləddinov – 1 (45)
Pərdis Fərcad-Azad ən sərrast futbolçudur
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 18 turunda 17 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu Azərbaycan əsilli oyunçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev, U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqlənib.
Komandanın buraxdığı qollara gəlincə, 10 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 17 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə altı oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov isə qapısında 8 qol görüb.
Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 2, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1.
Buraxılan qollar: Səlahət Ağayev – 17, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın