Menu
Geri İrəli

Sumqayıtın iki hissəyə bölünməsi iqtisadi cəhətdən əsaslandırılmadığı üçün qəbul olunmayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2013 • Baxış sayı: 353 dəfə • 1 şərh

sumqayit-30

Böyük Bakının Regional İnkişaf Planında Sumqayıt şəhəri ilə də bağlı yeniliklər təklif olunur.

Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin iki hissəyə bölünməsini istəyir. Ölkənin üçüncü böyük şəhərinin gələcəyi ilə bağlı planlar haqda «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev danışıb.

 Onun sözlərinə görə, bu təklif iqtisadi cəhətdən əsaslandırılmadığı üçün qəbul olunmayıb: «Sumqayıt şəhər İcra Hakimiyyəti bir növ Gəncə şəhərinin modelini burada tətbiq etmək istəyir. Onlar belə bir təklif edirlər, lakin bu, ölkənin Baş Planına daxil edilməyib. Sumqayıtın bölünməsi təklifi iqtisadi baxımdan əsaslandırılmalıdır və bu işlə Milli Məclisin Regional məsələlər Komitəsi məşğul olmalıdır».

 Eyni zamanda Komitə rəsmisi istisna etməyib ki, müəyyən müddətdən sonra Sumqayıtla bağlı hər hansı bir sifariş veriləcək və Sumqayıt şəhərinin baş planı hazırlanacaq: «Bunun üçün Böyük Bakının Regional İnkişaf Planında Sumqayıt şəhərinin müəyyən konturları cızılmalıdır, regional sxemdə inzibati sərhədlər dəqiqləşdirilməlidir. Əgər biz Sumqayıtın ərazisini nisbətən böyütməli olsaq, bu regiona daxil olan Abşeronun ərazisini məhdudlaşdıracağıq».

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

“Sumqayıtın iki hissəyə bölünməsi iqtisadi cəhətdən əsaslandırılmadığı üçün qəbul olunmayıb” yazısına bir cavab

  1. Əhməd deyir:

    Hər məmur öz şəxsi mənafeyini güdərək hec bir real əsası olmayan təkliflə çıxış edir. Sumqayıtın da rayonlara bölünməsi təklifi bu qəbildəndir. Lakin bunun üçün nə qədər vəsait tələb olunur. Elə bil ki , həmin vəsaitlər havaya sovrulur. Bunun əvəzinə həmin vəsatin həkimlərin və müəllimlərin maaşlarının artırılmasına yönəldilsə daha yaxşı olardı.

Şərhinizi yazın