Menu
Geri İrəli

“Sumqayıt”ın yeni baş məşqçisi Rövşən Babayev oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur

xeber2“Sumqayıt”ın əvəzedici heyətinin yeni baş məşqçisinin adına aydınlıq gətirilib. Sportinfo.az-a daxil olan məlumata görə, Rövşən Babayev “gənclik şəhəri” təmsilçisinin ikinci komandasını çalışdırıacaq.

Son dəfə “Rəvan”da Emin Quliyevin köməkçisi vəzifəsində çalışmış Babayev bu postda İlham Yadullayevi əvəzləyib. Bu gün Yadullayevi istefaya göndərən “Sumqayıt” mövsüm sonuna kimi məhz Rövşən Babayevlə anlaşıb.

Babayev “Simurq”da işlədiyi üç mövsümdə də özünü baş məşqçi kimi sübut edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın