Menu
Geri İrəli

Sumqayıtlılar üçün xoş xəbər- elanlar saytı fəaliyyətə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2012 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

 

sumqayitbazar.com saytı  Sumqayıt şəhərində elan və alqı-satqı  üçün ilk və yeganə ünvandır

Sayt xidmət, avtomobil, əmlak, elektrotexnika, avadanlıq, maraq, geyim, uşaq aləmi bölmələrindən və hər bir bölməyə uyğun olaraq alt bölmələrdən ibarətdir. Sayta daxil olan hər bir kəs ödənişsiz olaraq öz elanlarını, satmaq və almaq istədiklərini asan şəkildə “sumqayitbazar.com”-a yerləşdirə bilər.

Bu barədə saytın yaradıcısı, sumqayitxeber.com saytının təsisçisi Eyvaz Qocayev məlumat verib. O bildirib ki, saytda qeydiyyatdan keçməklə və eləcə də qeydiyyatsız elan yerləşdirmək imkanı mövcuddur. Qeydiyyatdan keçmiş istifadəçilərin üstünlükləri ondan ibarətdir ki,  yerləşdirdikləri elanlara nəzarət edə, sonradan düzəlişlər apara və özləri silə bilərlər.

Online elan saytı eyni zamanda şirkət və fərdi sahibkarlıqla məşğul olan şəxslər üçün də maraqlı ola bilər. Belə ki, saytda yalnız işlənmiş məhsullar yox, həm də yeni məhsullar haqqında elanlar yerləşdirilə bilər.

Saytın ünvanı: www.sumqayitbazar.com

Online bazarda qiymətlər və bölmələr üzrə də axtarış sistemi vardır ki, bu da saytdan istifadə edənlər üçün əlverişli axtarış imkanları yaradır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın