Menu
Geri İrəli

Sumqayıtlı əsgər şəhid oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 1,310 dəfə • 1 şərh

Martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

sumqayitxeber.com-a daxil olan məlumata görə əsgər Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhər 12-ci mikrorayonda yaşayırmış.

esger

Facebook Şərhləndirmə:

“Sumqayıtlı əsgər şəhid oldu” yazısına bir cavab

  1. sona deyir:

    Elvin kimi ogullarimiz olmeyir her zaman zaman qelbimizde yawayir

Şərhinizi yazın