Menu
Geri İrəli

Sumqayıtlı millət vəkili gənclərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2011 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 42 saylı Sumqayıt II seçki dairəsindən millət vəkili seçilmiş parlamentin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı ilə gənclərin görüşü keçirilib.

“Deputat-vətəndaş əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, aparıcı və fəallığı ilə seçilən gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Görüşdə Qarabağın qala qapısı Şuşanın işğalından 19 il ötdüyü vurğulanıb, vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Deputat fəaliyyətindən danışan Musa Qasımlı indiyədək ona 74 məktubun ünvanlandığını, müraciətlərlə şəxsən məşğul olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sumqayıtda mövcud olan problemlərinin həllinin daim diqqət mərkəzində saxladığını deyən millət vəkili ötən müddət ərzində seçicilərlə 5 görüş keçirdiyini söyləyib.

Daha sonra görüş iştirakçıları millət vəkilinə suallar veriblər. Deputata əsasən təhsil sistemində mövcud olan çatışmazlıqlar, gənclərin mənzil təminatı, işsizlik, Sumqayıtlı tələbələrə müəyyən nəqliyyat güzəştlərinin edilməsi və digər sosial problemləri əhatə edən suallar ünvanlanıb.

Musa Qasımlı mövcud olan problemlərin həllinə səlahiyyəti çərçivəsində yardım edəcəyini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın