Menu
Geri İrəli

Sumqayıtlı siyasətçi geri çəkildi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

 

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd olmayacaq.

Bu barədə M.Mirəlioğlu özü məlumat verib. Onun sözlərinə görə, artıq Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib və onun imza kampaniyası başlayıb. KXCP də MŞ-in vahid namizədliyini dəstəklədiyi üçün seçkilərə qatılmaq niyyətində deyil.

Bununla belə, partiya sədri bildirib ki, namizəd olmaması ilə bağlı qərar KXCP-də şifahi şəkildə qəbul edilsə də, qurumun rəsmi orqanlarında bu məsələ müzakirəyə çıxarılacaq və yekun qərar açıqlanacaq: “Partiyanın İdarə Heyətində seçkilərdə iştirakla bağlı məsələ müzakirə edilib, yekun qərar veriləcək”.

Xatırladaq ki, bundan əvvəl Müsavat başqanı İsa Qəmbər də namizədliyini geri götürmüşdü.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın