Menu
Geri İrəli

Sumqayıtlılardan şəhəri qorumaq üçün qeyri-adi addım – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 834 dəfə • 1 şərh

Azərbaycanda “yaşıl”a qurban gedən yaşıllıqların sayının artması, ağacların qırılıb-çatılmaması üçün vətəndaşlarımız bütün vasitələrdən yararlanmağa çalışırlar.

Çalışırlar… Tamahlarına düşkün insanların qarşısını almağa can atırlar.

Sumqayıtda isə ağacları nömrələyirlər. Ata və ana övladına ad verdikləri kimi, sumqayıtlılar da qoruduqlarını itirməmək üçün onların saylarını yadda saxlamağa çalışırlar. Ağaclara qənim kəsilənlərin sayı bilinməsə də, özü əvəzinə, izini saxlamaq istəyənlər ağacların sayını dəqiq bilirlər.

Sumqayıtın ekoloji terrora məruz qalması barədə xəbərlər tez-tez ölkə mediasında yayılır.

Hər dəfə şəhərin bir tərəfində yaşlı ağacların kəsilərək yerində obyekt tikilməsinin şahidi oluruq. Ağacların kəsilməsi ilə şəhərin, onsuz da, kövrək olan ekologiyasını daha da sarsıdır. Vəzifəli şəxslərin məsuliyyətsizliyi ucbatından şəhər yaxın illər ərzində səhraya çevrilmək təhlükəsi ilə üz-üzə qalıb. Belə bir zamanda sakinlər şəhəri məsuliyyətsiz adamlardan qorumaq üçün maraqlı üsul tapıblar.

Milli.Az xəbər verir ki, Sumqayıtın Kotec adlanan ərazisində, Mehdi Hüseynzadə və Qorki küçələrinin kəsişdiyi yerdə sakinlər ağacların hamısını işarələyib və sayını qeyd ediblər. Hər bir ağacın üzərinə nömrə qoyublar. Ağaclığın içindəki metal lövhəyə isə “Parka dəymə! Bu park uşaqlarındır!” sözlərini də yazıblar. Sakinlər qeydləri etdikləri tarixi də yazıblar. həmin yazılar bu ilin fevral ayının 16-da yazılıb.

Sakinlərin belə addım atmaları səbəbsiz deyil. Bir neçə gün əvvəl 3-4 nəfər gəlib bu ərazidə ölçü-biçi aparıblar. Həmin şəxslərin yanında icra hakimiyyətində çalışan vəzifəli şəxs də olub. Odur ki, sakinlər onların nəfəslərini kəsməyə çalışan yaşıllıq qənimlərinə qarşı bu cür mübarizə üsulu seçiblər. Ağacları son zamanlar qiymətə minən dollar sevdalılarından qorumaq üçün sona qədər dirənəcəklərini deyirlər.

Biz də Milli.Az olaraq məsələni nəzarətdə saxlayacağıq.

Teymur Hacıyev
Milli.Az

328615_01 328615_03

328615_04 328615_06 328615_07

Facebook Şərhləndirmə:

“Sumqayıtlılardan şəhəri qorumaq üçün qeyri-adi addım – FOTO” yazısına bir cavab

  1. Yaşar deyir:

    Respublika rəhbərliyi Sumqayıtda qayda-qanun yaratmalıdır! Sumqayıtın yaşıllığına son iki-üç ildəki qədər zərər vurulmamışdı.

Şərhinizi yazın