Menu
Geri İrəli

Sumqayıtlıların neçə faizi xoşbəxtdir?- SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 315 dəfə • 1 şərh

 ABŞ-dakı Kolumbiya Universitetinin sentyabrın 9-da 2013-cü ilə dair Dünya Xoşbəxtlik İndeksini açıkladı. Dünya Xoşbəxtlik İndeksində  Danimarka, Norveç, İsveçrə və Hollandiya 156 ölkə arasında ən xoşbəxtlər məkanı hesab edilib.

Keçmiş sovet respublikalarından Azərbaycan siyahıda 116-cı, Ermənistan 128-ci, Gürcüstan 134-cü, Rusiya 68-ci, Qazaxıstan 57-ci, Özbəkistan 60-cı, Belorus 66-cı sırada qərarlaşır.

Sumqayitxeber.com saytı “Siz özünüzü xoşbəxt hiss edirsinizmi?” sualı ilə şəhər sakinləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 44 faizi xoşbəxt olduğunu bildirib. Sorğuda iştirak edənlərin  33 faizi “Nə xoşbəxtəm, nə də bədbəxt”, 23 faizi isə özünü xoşbəxt hiss etmədiyini bildirib.

Facebook Şərhləndirmə:

“Sumqayıtlıların neçə faizi xoşbəxtdir?- SORĞU” yazısına bir cavab

  1. Qabil İsmayılov deyir:

    Mən də 23 faizin içindəyəm

Şərhinizi yazın